Polşada yaşayan azərbaycanlılar Azərbaycan Ordusuna dəstək aksiyası keçirir.

Unikal.org xəbər verir ki, nümayişlər Polşanın paytaxtı Varşavada Azərbaycan səfirliyinin qarşısındadır.

Aksiyada “Qarabağ”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz – Vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirilib.

Məlumata görə, həmyerlilərimiz bir qrup erməninin Azərbaycan səfirliyinə qarşı təxribatına cavab olaraq toplaşıb.

Bildirilir ki, nümayişdə 200-dən çox azərbaycanlı iştirak edir.