Quba rayonunda Çağacıq çayına gələn güclü sel Rustov İnzibati Ərazi Dairəsində yerləşən bir sıra kəndlərdə fəsadlara səbəb olub.

Unikal.org  xəbər verir ki, sel nəticəsində çayın üzərində olan bir neçə körpüyə ziyan dəyib.

Həmçinin, Yuxarı Xanagah kəndində sakinlərin iribuynuzlu heyvanlarını sel aparıb.