ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 117 yoluxma halı qeydə alınıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, ABŞ-da indiyədək virusa yoluxanların sayı 3 619 663 nəfərə çatıb.

Son sutka ərzində xəstəliyə yoluxan 1 011 nəfər vəfat edib.

ABŞ-da indiyədək xəstəlikdən ölənlərin sayı 140 200 nəfərə çatıb.