Şəki rayonunda yanğın hadisəsi olub. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hadisə Daşbulaq kəndində dağlıq ərazidə qeydə alınıb. Quru ot və kol-kos 150 ha sahədə yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.