Hazırda ölkədə koronavirusa yoluxan insanların sayı çoxdur. Yoluxma sayının çox olması xəstəxanalar və tibb personalına çox böyük yük yaradır.

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, xəstəxanalarda daha ağır xəstələrin yerləşdirilməsinə şərait yaradılması üçün yüngül simptomları olan xəstələrin ev şəraitində müalicəsinə çalışılır.

“Bu gün xəatəxanalarda çarpayı fondunda çətinliklər yaşanır. Eyni zamanda xəstəxanalarda hər bir xəstəyə ciddi və mütəmadi nəzarət olunur. Bu işdə həkimlər, tibb işçiləri çox yüklənir. Məhz həkimlərin yükünün azalması məqsədilə ev şəraitində müalicə metodu yaratdıq. Düzgün metod kimi bütün dünya ölkələrində də yüngül simptomlu xəstələrin evdə izolyasiya olunması tətbiq edilir.”