Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Arif Hüseynov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə O, Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, V.Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.