21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Sumqayıt şəhərindəki Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.