Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun büstü hazırlanıb.

Unikal.org xəbər verir ki, büstün müəllifi Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlıdır.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-ü Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.