Ukraynanın Lutsk şəhərində avtobusu ələ keçirən terrorçu naməlum partlayıcını işə salıb.

Unikal.org xarici KİV-ə xəbər verir ki, bu haqda məlumatı yerli media yayıb.

Bundan bir az öncə o, avtobusdan qumbara atmışdı, nəticədə partlayış baş verməmişdi.

“Bu dəfə isə partlayış olub. Media və sosial şəbəkələr girov götürülmüş avtobusda partlayışın olduğu haqda informasiyanı yayıblar. Partlamayan qumbaranı mütəxəssislər zərərsizləşdirib” - deyə  polis bildirib.