53 illik klub tarixində ilk dəfə Superliqaya çıxan "Hatayspor" ilə bağlı məşhur rejissor və aktyor Hamdi Alkanın qızı Zeynep Alkan maraqlı paylaşım edib.

Unikal.org Türkiyə  KİV-nə istinadən xəbər verir ki,  sosial şəbəkədəki cəsur pozalı fotoları ilə daim diqqət mərkəzində olan rejissorun qızı gec də olsa doğulduğu şəhərin klubunun bu uğuru ilə bağlı sevinc dolu fikirlər paylaşıb:

"Mən axmağam ki, bu güm öyrəmdim. Gec izləmişəm.

"Hatayspor" Super Liqaya çıxıb.

Halal olsun. Hataylı olmaqdan qürur duyuram! Sonuna qədər layiqsiniz, biz sizi çox sevirik "Hatayspor"".

O həmçinin "Bandırmaspor" klubunu da təbrik edib.

Karantini sevgilisi ilə birlikdə keçirən Zeynep Alkan onu Hollandiyaya yola saldıqdan sonra tək şəkildə tətilə davam edib.