Belçikanın paytaxtı Brüssel şəhərində bir neçə gün öncə döyülmüş həmvətənimizə dəstək məqsədilə orada yaşayan azərbaycanlılar bir yerə yığışıblar.

Unikal.org xəbər verir ki, Belçika polisi soydaşlarımızı saxlayıb.

Bunun səbəbi isə Berlində yaşayan Camal Əli adlı azərbaycanlının polisə zəng edərək həmvətənlərimizin ora terror məqsədilə yığışdığını deməsi olub. Camal Əlinin iftiraya və satqınlığa əsaslanan hərəkətinə erməni dəyirmanına su tökməkdən başqa ad tapmaq olmur.

Qeyd edək ki, Camal Əli “Meydan” TV-nin əməkdaşı olub.