Rusiyanın 300 ədəd hərbi texnikanı Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bu, hansısa siyasi partiyanın nəzarətində olan KİV-lərin ucuz təbliğatından başqa bir şey deyil.

Unikal.org xəbər verir ki, belə bir bəyanatla Gürcüstan Baş Nazirinin müşaviri İrakli Çikovani çıxış edib.

Onun sözlərinə görə, bəzi KİV-lərin öz havadarlarının maraqlarına uyğun yalan materiallar yaymasının heç bir mənası yoxdur.

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Qafqazda sülhə alternativ yoxdur və bizim mövqeyimiz dəyişməyib”, - deyə Çikovani qeyd edibş