Uroş Matiç "instaqram"da "Qarabağ" transfer olunması barədə paylaşım edib.

Unikal.org-un məlumatına görə, serbiyalı yarımmüdafiəçinin paylaşımına qardaşı - "Mançester Yunayted"in futbolçusu Nemanya Matiç də reaksiya verib.

Uroşun "Yeni hissə, "Qarabağ". Səmimi qəbul üçün təşəkkür edirəm", yazısına rəy bildirən məşhur futbolçu ona uğurlar arzulayıb:

"Uğurlar, qardaş". Nemanya özü də bununla bağlı ayrıca paylaşım edərək, qardaşını təbrik edib.

Qeyd edək ki, "Kopenhagen"dən transfer edilən Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə bağlayıb.

Onu da bildirək ki, dünyaca məşhur "transfermarkt" saytı Uroş Maticin transfer bazarında hazırki qiymətinin 1milyon 200min avro (təxm.1 milyon 400 min dollar) olduğunu qeyd edib.