Nazirlər Kabinetində yeni təyinat olub.

Unikal.org Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Anar Məmmədov Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri təyin olub.

Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi boş idi.