Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribata əl atan əsgəri məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 27-si saat 01 radələrində hərbi hissələrdən birinin Azərbaycanla sərhəddə yerləşən döyüş mövqelərində müqaviləli hərbi qulluqçu Aşot Mikaelyan öldürülüb.