Məşhur amerikalı aktyor Tom Henks və yunan əsilli həyat yoldaşı Rita Uilson rəsmən Yunanıstan vətəndaşı olublar.

Unikal.org xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Miçotakis instagram hesabında əllərində Yunanıstan pasportu tutan cütlüklə fotosunu paylaşıb.

Qeyd edək ki, Yunanıstan Prezidenti Prokopis Pavlopulos Henksin Yunanıstan və Yunan mədəniyyətinin tanıtımında böyük xidmətlərinə görə cütlüyə keçən il fəxri vətəndaşlıq verilməsi haqda sərəncam imzalamışdı.