Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, ölkə rəhbərləri telefonla Suriya və Liviyadakı mövcud vəziyyət, eləcə də Azərbaycanla Ermənistan arasında yaranmış gərginliyi müzakirə ediblər.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib.