Türkiyədə adı yeni sevgili məsələləri ilə gündəmə gələn Şeyma Subaşı barədə növbəti dəfə daha bir iş adamının adı hallanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Acun Ilıcalıdan sonra italiyalı sevgilisi DJ Guido Senia ilə ayrılma və yeni sevgili tapma xəbərlərinə Şeyma instagram hesabından paylaşdığı foto ilə cavab verib. 

O, DJ Guido ilə fotolarını paylaşaraq üzərinə də “Sevgilim” sözünü yazıb. 

Qeyd edək ki, bu günlərdə Şeyma Subaşının iş adamı Mehmet Germiyangil ilə paylaşdığı səmimi fotolar onun yeni sevgili xəbərlərinin yaranmasına səbəb olmuşdur.