İspaniyanın “Barselona” klubu futbolçusu İvan Rakitiçin satış qiymətini müəyyənləşdirib.

Unikal.org xəbər verir ki, Kataloniya klubu xorvat yarımmüdafiəçi üçün 10 milyon avro istəyir. 2021-ci ildə müqaviləsi başa çatacaq İvan bir neçə klubun maraq dairəsindədir.

Rakitiçin əvvəllər şərəfini qoruduğu “Sevilya” onu azad agent kimi heyətinə qatmaq arzusundadır.