2021-ci ilin "Tour de France" veloyarışının keçirilmə tarixi açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qərar qəbul edib.

Bildirilir ki, turnir gələn il 26 iyun - 18 iyul tarixlərində keçiriləcək.

Xatırladaq ki, "Tour de France" yarışı 1903-cü ildən keçirilir və "Jiro d'Italiya" və "Vuelta" ilə yanaşı ən nüfuzlu velosiped yarışlarından biridir.