Aysu Varol adlı gənc fenomen “Instagram” hesabında məşhur türk muğənnisi İzzət Yıldızhanın mesajlarını ifşa edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 9 uşaq atası olan müğənni Aysu Varolu görüşə dəvət edib, rədd cavabı alınca isə onu qara siyahıya atıb. 
Gənc fenomen həmin mesajları sosial hesabında paylaşıb. 

Qeyd edək ki, Aysu Varol daha öncə də müğənni Burayla İlyas Yalçıntaşın, eləcə də Fənərbaxçalı futbolçu Maks Kruzun da ifşa mesajları ilə gündəmə gəlmişdi.