Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov iyulun 3-də koronavirusdan dünyasını dəyişən atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra məşqlərə başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə rusiyalı idmançı özünün "Instagram" səhifəsində paylaşım edib.

O fotosunu paylaşaraq "Məşqlər davam edir" yazıb.

Qeyd edək ki, Həbib növbəti döyüşünü oktyabrın 24-də müvəqqəti çempion Castin Geyciyə qarşı keçirəcək.

Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.