Məşhur biznes jurnalı “Forbes” dünyanın ən bahalı brendlərinin reytinqini tərtib edib.

Unikal.org xəbər verir ki, siyahı jurnalın saytında yerləşdirilib.

Reytinqin ilk beşliyində ötən ildəki kimi “Apple” ($241,2 mlrd), “Google” ($207,5 mlrd), “Microsoft” ($162,9 mlrd), “Amazon” ($135,4 mlrd) və “Facebook” ($70,3 mlrd) yer alıb. 

Onluğu isə “Coca-Cola”, “Disney”, “Samsung”, “Louis Vuitton” və “McDonald's” qapayıb.

Ötən il liderlər onluğuna “Toyota” da daxil idi. Lakin brend cari il dəyərinin 7%-ni itirməklə, 11-ci yerə enib. Əvvəllər ən bahalı brendlərin onluğuna daxil olmayan “Louis Vuitton” isə 20% bahalaşaraq onluqda yer alıb.