İspaniyanın “Almeriya” klubunda bir nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub işçiləri, məşqçilər heyəti və komanda üzvləri koronavirus testindən keçirilib. Testlərin nəticəsində komandanın bir futbolçusunda virus aşkarlanıb. Həmin şəxsin adı açıqlanmayıb.

Koronavirusa yoluxan şəxs karantinə alınıb.