Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin ölkəmizə nə vaxt gələcəyi dəqiqləşib.

Unikal.org xəbər verir ki, italiyalı mütəxəssisin avqustun 5-də Bakıya gələcəyi gözlənilir. De Byazi AFFA rəhbərliyi ilə görüşəcək, bir sıra müzakirələr aparacaq.

Sonrakı günlərdə Qəbələdə Azərbaycan Premyer Liqası klublarının yeni mövsüm üçün hazırlığının izlənilməsi, futbolçularla yerində tanışlıq, həmçinin həmkarlarla toplantının keçirilməsi nəzərdə tutulur.