Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.