İzləyicilərin sevimli serialı olan "Çukur" üçün çəkiliş meydançası yenidən qurulur. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhur serial dördüncü sezon çəkilişlərinə tezliklə start veriləcək. Aras Bulut İynemli, Hazal Subaşı, Damla Sönmez, Öner Erkan kimi heyətin iştirak etdiyi serialın çəkilişinə 10-15 avqust tarixlərində başlanacağı bildirilib.

Qeyd edək ki, karantin səbəbi ilə 26-cı seriya heyətin öz telefonları evlərində çəkilmişdi.