"Neftçi"nin fransalı futbolçusu Stiven Monrozun pasportunu itirdiyi iddia edilir.

Mətbuatda gedən xəbərə görə, futbolçu bu səbəbdən də düşərgəyə gec qoşulub və səfirlikdən ona pasportu əvəz edən sənəd verilib.

Məsələ ilə bağlı Unikal.org-a danışan "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev belə halın baş vermədiyini deyib:

"Tamamilə yalandır. Monroza hazırda Qəbələdə futbolçularla birlikdədir. Sadəcə ona ailəsi ilə görüşmək üçün bir neçə günlük icazə verilmişdi".

Aygün İlqarqızı