"Yuventus"un ulduz oyunçusu Ronaldo yeni yaxta alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaxta Ronaldoya 5,5 milyon funta (6,08 milyon avro) başa gəlib. Onun 5 kabini, 6 vanna otağı, 2 istirahət zonası, böyük yemək otağı, müasir mətbəxi və panoramik dəniz mənzərəsinə açılan pəncərələri var.

Portuqaliyalı futbolçu bu yaxınlarda yaxtadakı fotosunu "Instagram" hesabında paylaşıb.