Bu gün Floridada yerli vaxtla 7.50-də (Bakı vaxtı ilə 14.50) içərisində “Perseverance” roveri olan “Atlas V” raket daşıyıcısı kosmosa buraxılıb.

Unikal.org-un xəbərinə görə, canlı yayım NASA tərəfindən aparılıb. 

Bildirilir ki, funksiyası Marsda həyat əlamətləri axtarmaq olan “Perseverance” roveri bütün lazımi texnika ilə yanaşı xüsusi vertolyotla da təchiz olunub. 

Roverin Qırmızı planetin orbitinə 2021-ci il fevralın 18-də çatacağı gözlənilir. Apparat Yerə 2031-ci ildə qayıtmalıdır.