Uqandada nadir dağ qorillasını öldürən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.

Unikal.org xəbər verir ki, , qoruq ərazisinə icazəsiz daxil olan şəxs bütün ölkədə məşhur olan Rafiki adlı qorillanı öldürüb. O, bu addımı özünümüdafiə məqsədilə atdığını deyib.

Amma həmin şəxs, həmçinin çöldonuzu və antilopu da öldürdüyünü etiraf edib.

Qeyd edək ki, nəsli kəsilməkdə olan dağ qorillalarının sayı minə yaxındır.