İsveçli hücumçu Zlatan İbrahimoviç "Milan"da qalmaq barədə qərar qəbul edib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, komandada qalmaq arzusu barədə futbolçu özü bildirib. Yeni razılaşmanın imzalanması haqqında danışıqlar hələ başlanmayıb, ancaq tərəflər müqavilənin imzalanacağına şübhə etmir.

İbrahimoviçin klubla müqaviləsi avqustun sonunda başa çatacaq. Hücumçu "Milan"a 2020-ci ilin yanvarında keçib. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.