“Karabakh Is Azerbaijan” platforması yaradılıb. 

Unikal.org-un məlumatına görə, iyulun bir qrup gənc tərəfindən yaradılan platformada məqsəd informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir. 

Platforma qısa müddətdə “Facebook” üzrə 16 min, “Telegram” üzrə 1000 və “Whatsapp” üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olub.

Hazırda platforma üzərindən 14 günlük marafon da təşkil olunub. Marafonunun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir heşteq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır.

Bu günə qədər platforma üzvləri vasitəsilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #AzerbaijanWantsJustice

#StopLyingArmenia

#KnowTheTruthForAzerbaijan

#AzerbaijanNotEnemy

#AzerbaijanisAreNotTarget

#StopArmenianProvocation

#ReturnAzerbaijaniLands

#KIAZteam heşteqlərindən istifadə edərək Türkiyə, Fransa, Belçika, ABŞ, Böyük Britaniya, Ukraniya, İsrail, Almaniya kimi ölkələrin “Twitter”ində trenddə ilk sıralarda və dünya trendində isə ilk 5-də yer almaq mümkün olub. 

Qarabağ və Azərbaycan həqiqətlərini, Azərbaycana qarşı aqresiyasını dünya arenasında işıqlandırmaq üçün ingilis dilində  videolar və bu istiqamətdə fəaliyyət davam edəcək. Artıq http://www.karabakhisazerbaijan.com/ saytı da fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu təşəbbüsün müəllifləri Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli,  Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və digər gənclərdir.