Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan "Barselona" - "Napoli" matçı "Kamp Nou" stadionunda oynanılacaq.

Unikal.org "Marca"ya istinadən xəbər verir ki, şəhər meriyası qarşılaşmanın risksiz şəraitdə keçiriləcəyinə dair zəmanət verib. "Görüş planlaşdırıldığı kimi, Barselona şəhərində oynanılacaq", - deyə UEFA-nın bəyanatında qeyd olunub.

"Barselona" avqustun 8-də "Napoli"ni qəbul edəcək. Tərəflər arasındakı ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Daha öncə İspaniyada koronavirusun yenidən yayılmağa başlaması səbəbindən sözügedən qarşılaşmanın başqa ölkədə keçirilmə ehtimalı ortaya çıxmışdı.