Bakı şəhər sakinindən 1 ədəd tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovdan 4 qram metamfetamin, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.