Cari ilin ötən 4 ayı ərzində İran polisi 388 ton narkotik vasitə müsadirə edib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Polis Təşkilatının rəis müavini, general Qasım Rezayi məlumat verib. O bildirib ki, polis əməkdaşları hər gün müxtəlif şəhərlərdə xüsusi əməliyyatlar keçirərək narkotik vasitələrin yayılmasının qarşısını alır. İran Əfqanıstandan Avropaya narkotik vasitə daşıyan qaçaqmalçılar üçün tranzit yol rolunu oynayır.

İran sərhədlərin mühafizəsinin gücləndirilməsi üçün 700 milyon dollar həcmində vəsait ayırıb. Narkotik vasitələrinin qaçaqmalçılığı ilə mübarizədə 44 polis əməkdaşı şəhid olub.