“Fitch” ABŞ-ın emitent defoltunun uzunmüddətli reytinqini AAA səviyyəsində təsdiqləsə də, pronozunu stabildən neqativə salıb.

Unikal.org xəbər verir ki, agentliyin saytında yerləşdirilən məlumata əsasən, bu, pandemiya ilə mübarizədə “güvəniləcək vahid büdcə planının” və “maliyyə stimullarının” olmamağı ilə əlaqədardır.

“Fitch”in fikrincə, ABŞ-nın borcları ölkənin kredit üstünlüklərini dağıtmağa başlayıb. Qeyd edilir ki, AAA reytinqli ölkələr arasında ən böyük borc ABŞ-dadır. Agentlik onun 2021-ci ilə qədər 130%-i keçməyəcəyini gözləyir.