Malayziyanın sabiq Baş Naziri Nacib Razak dünyanın ən böyük maliyyə qalmaqallarından biri ilə əlaqədar onun haqqında məhkəmənin qəbul etdiyi hökmdən şikayət edəcəyini bildirib.

Unikal.org xəbər verir ki, bu barədə o, “Facebook” sosial şəbəkəsində yaydığı məlumatda bildirib.

Xatırladaq ki, Malayziya məhkəməsi iyulun 28-də Nacib Razakın 12 il müddətinə həbsdə saxlanması və 50 milyon dollar cərimə ödəməsi barədə qərar qəbul edib. Sabiq Baş Nazir ona qarşı irəli sürülən ittihamın bütün bəndləri üzrə təqsirli bilinib.

N.Razak hakimiyyətdən sui-istifadə, etibardan cinayətkarcasına istifadə və kirli pulların yuyulmasında təqsirli bilinib. Ona qarşı ittiham 2011-2015-ci illərdə MDB dövlət investisiya fondundan 9,9 milyon dollar vəsaitin mənimsənilməsinə görə irəli sürülüb.

Bununla yanaşı, N.Razaka qarşı irəli sürülən ittihamlarla bağlı prosesin hələ davam etdiyi bildirilir. Hökumət strukturlarının bildirdiyinə görə, fonddan ümumilikdə təqribən 4,5 milyard dollar oğurlanıb.

Ona qarşı irəli sürülən bütün ittihamları rədd edən N.Razak qəbul olunan ilk hökmə görə apelyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Nacib Razak 2009-2018-ci illərdə Malayziyanın Baş Naziri olub.