Dortmund “Borussiya”sı komandanın hazırda “Mançester Yunayted”lə danışıqlar aparan ingiltərəli yarımmüdafiəçisi Ceydon Sançoya əvəz tapıb.

Unikal.org “Bild”ə istinadən xəbər verir ki, “Borussiya” Fransanın “Lion” klubunun niderlandlı futbolçusu Memfiz Depayla maraqlanır.

26 yaşlı Depay 40 mln avro məbləğində dəyərləndirilir, onun “Lion”la müqaviləsi isə 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

Dortmundluların Sançosa görə 100 mln avro ödəməyə hazır olduqları bildirilir.