Çinin Çuntsin şəhərində yolun kənarı ilə gedən iki nəfər qəfildən yarılan asfaltın altına yıxılıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə iyunun 27-də baş verib.

Xoşbəxtlikdən, hər iki şəxs sağ qalıb: onlar yerli yanğınsöndürənlər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıblar.

Hadisəyə Çində bir neçə həftə ərzində yağan leysan yağışların səbəb olduğu ehtimal edilir.