ABŞ-da üz köçürülməsi (transplantasiya) edilən ilk qadın olan Konni Kalp ölüb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  qadının ölüm səbəbi açıqlanmır. 

Qeyd edilib ki, transplantasiya 2008-ci ildə həyata keçirilib. Qadının əri Tomas 2004-cü ildə silahdan önun sifətinə atəş açıb. Hadisə nəticəsində qadının sifəti tanınmaz hala düşüb. Üz transplantasiyası üçün o, 30 əməliyyat keçirməli olub.