Rusiyanın Kalininqrad bölgəsində yüngül mühərrikli təyyarə qəza enişi edib.

Unikal.org xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində bir pilot və iki sərnişin olub.

“Moskva vaxtı ilə 15:15-də təyyarənin qəza enişi etdiyi barədə məlumat daxil olub. Hadisə nəticəsində göyərtədə olan 3 nəfərdən heç biri xəsarət almayıb. Pilot və iki sərnişin qəzadan sonra təyyarəni özləri tərk edib”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib.