Ağcabədi rayonunda yol qəzası baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, avqustun 2-i saat 23 radələrində Ağcabədi rayonunun Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanan Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.