Türkiyənin tanınmış aktrisası və modeli Tülin Şahin pandemiya vaxtı insanların rahat gəzinti və əyləncəsini sərt tənqid edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tülin Şahin çimərliklərdəki insan izdihamına münasibət bildirərək: "Virus bitdi, biz bilmədik?" - deyə irad bildirib. Çimərliklərdəki insan sıxlığının fotosunu sosial hesabında paylaşan aktrisa insanların laqeydliyini qınayıb.