Koronavirusa qarşı epidemioloji mübarizənin vacib şərtlərindən biri kütləviliyin qarşısının alınmasıdır.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

“Toylar və yas mərasimlərinə gəldikdə, qapalı bir məkanda 100-200 və daha da artıq insan cəmləşir və yaxın təmasda olur. Bunun güclü epidemioloji əsasları var, ona görə də toyların keçirilməsinə icazə verilmir”, - H.Hacıyev əlavə edib.