Xəbər verdiyimiz kimi İzmirdə çimərlikdə rəfiqələri ilə birgə döyülən ukraynalı modellə bağlı məsələ nazirlik səviyyəsində nəzarətə götürülüb.

Unikal.org xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bununla bağl sosial hesabında açıqlama verib. 

Qeyd edək ki, hadisə yerində şübhəli qismində həbs edilən şəxslər dindirildikdən sonra sərbəst buraxılıblar. Məkanın sahibi isə açıqlamasında hadisənin çimərlikdən kənarda baş verdiyini deyib.