“Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meylləri artırıb”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

"Bu ilin mart ayından pandemiya ilə bağlı karantin rejimi tətbiq edilib. Dövlət büdcəsinin icrası artıqlaması ilə yerinə yetirildə də, cari ilin altı ayında iqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunub", - deyə o, qeyd edib.