ABŞ-da əfsanəvi müğənni Elvis Preslinin gitarası hərraca çıxarılıb.

Unikal.org TMZ-yə istinadən xəbər verir ki, musiqi aləti rekord 1,32 milyon dollara  satılıb.

Presli bu gitarada 1954-56-cı illərdə çalıb. “Martin D-1” tipli alət “That's Alright (Mama)”, “Blue Moon of Kentucky” və “Good Rockin' Tonight” kimi hitlər yazılarkən istifadə olunub.