“190 manatı kartından çəkməyən insanların kartının bloklanması məsələsinə yenidən baxılmalıdır”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

O bildirib ki, aprel ayında verilən 190 manat mayda da verilib: “Yenidən qapanmaya gedilib. Buna görə də insanlara 190 manat ödəniş yenidən verilməlidir. Operativ Qərargah bu məsələyə konkret münasibət bildirməyib. Burda düşünməli bir şey yoxdur. Qapanmalara gedilibsə, ödəniş verilməlidir”.