Daha bir qrup Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan dövlət sərhədindən Vətənə gətirilib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin hal-hazırda Dərbənd şəhərində olan nümayəndəsi Ruslan Quliyev məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən Dağıstan ərazisində qalan daha 260 vətəndaşımızın bu gün Rusiya-Azərbaycan quru sərhədindən keçərək vətənə gətirilməsi təmin olunub.